İşin təsviri
- Məlumat sistemlərində risklərin qiymətləndirilməsi və müvafiq nəzarət tədbirlərinin tətbiqi;
- İnformasiya təhlükəsizliyi siyasətlərinin və prosedurlarının hazırlanması, tətbiqi və monitorinqi;
- Təhlükəsizlik insidentlərinin (hücum, pozuntu, sızma və s.) aşkarlanması, araşdırılması və cavab tədbirlərinin görülməsi;
- İnformasiya təhlükəsizliyi üzrə daxili və kənar auditlərdə iştirak;
- Şirkətin daxili sistemlərində, şəbəkələrində və məlumat bazalarında icazəsiz girişlərin qarşısını almaq üçün nəzarət sistemlərinin tətbiqi;
- Antivirus, firewall və digər təhlükəsizlik həllərinin təkmilləşdirilməsi;
- İşçilərin informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi və təlimatlandırılması.
Tələblər
- İnformasiya təhlükəsizliyi üzrə ali təhsil və/və ya beynəlxalq sertifikatlar (GSEC, CEH və s. üstünlükdür);
- Ən azı 2-3 il təcrübə informasiya təhlükəsizliyi, IT təhlükəsizliyi və ya sistem administratorluğu sahəsində;
- Şəbəkə təhlükəsizliyi, sistemlərin mühafizəsi və məlumatların şifrələnməsi sahəsində biliklər;
- Təhlükəsizlik sistemləri və avadanlıqları ilə işləmək bacarığı (SIEM, DLP, IDS/IPS və s.);
- Problemləri analiz etmək və operativ həll etmək bacarığı;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.