İşin təsviri
- Texniki avadanlıqların planlı-xəbərdarlıq təmiri (PTX) işlərinin təşkilinə dəstək olmaq və görülən işlərə nəzarət etmək;
- Yeni avadanlıqların quraşdırılması, sınaqlarının keçirilməsi və istismara qəbulunda iştirak etmək, müvafiq prosesləri sənədləşdirmək;
- Texniki avadanlıqların pasportlarının hazırlanmasında iştirak etmək;
- Təhlükə potensiallı obyektlərin istismarı üzrə daxili standartların və müvafiq sənədlərin hazırlanmasında iştirak etmək;
- Avadanlıqlarda defektoskopiya işlərinin aparılmasında iştirak etmək;
- Texniki sənədlərin Azərbaycan və rus dilləri arasında tərcüməsini həyata keçirmək;
- Avadanlıqların texniki vəziyyəti və istismarı ilə bağlı sənədlərin hazırlanması və yenilənməsinə dəstək olmaq;
- Rəhbərlik tərəfindən verilən digər aidiyyəti texniki tapşırıqları yerinə yetirmək.
Tələblər
- Texniki mühəndislik istiqaməti üzrə ali təhsil (bakalavr); magistr təhsili üstünlükdür;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- AutoCAD proqramı ilə işləmək bacarığı;
- ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi və əmək qanunvericiliyi sistemi haqqında məlumatlı olmaq;
- Əməyin Təhlükəsizliyi Standartları Sistemi (ƏTSS) üzrə biliklər;
- “Texniki təhlükəsizlik haqqında” qanunvericilik üzrə məlumatlılıq;
- Yükqaldırıcı kranların təhlükəsiz istismarı qaydalarını bilmək;
- Yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
- Elektrik təhlükəsizliyi üzrə biliklər;
- Qaz təhlükəsizliyi üzrə biliklər;
- Nəqliyyat vasitələrinin təhlükəsiz idarə olunması qaydaları üzrə biliklər;
- Texniki sənədlərlə işləmə və onları düzgün sənədləşdirmə bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
İş şərtləri
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.