Kiçik Mühəndis

  • Истекает 10 сентябрь 2026

İşin təsviri

  • Texniki avadanlıqların planlı-xəbərdarlıq təmiri (PTX) işlərinin təşkilinə dəstək olmaq və görülən işlərə nəzarət etmək;
  • Yeni avadanlıqların quraşdırılması, sınaqlarının keçirilməsi və istismara qəbulunda iştirak etmək, müvafiq prosesləri sənədləşdirmək;
  • Texniki avadanlıqların pasportlarının hazırlanmasında iştirak etmək;
  • Təhlükə potensiallı obyektlərin istismarı üzrə daxili standartların və müvafiq sənədlərin hazırlanmasında iştirak etmək;
  • Avadanlıqlarda defektoskopiya işlərinin aparılmasında iştirak etmək;
  • Texniki sənədlərin Azərbaycan və rus dilləri arasında tərcüməsini həyata keçirmək;
  • Avadanlıqların texniki vəziyyəti və istismarı ilə bağlı sənədlərin hazırlanması və yenilənməsinə dəstək olmaq;
  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti texniki tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Texniki mühəndislik istiqaməti üzrə ali təhsil (bakalavr); magistr təhsili üstünlükdür;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • AutoCAD proqramı ilə işləmək bacarığı;
  • ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi və əmək qanunvericiliyi sistemi haqqında məlumatlı olmaq;
  • Əməyin Təhlükəsizliyi Standartları Sistemi (ƏTSS) üzrə biliklər;
  • “Texniki təhlükəsizlik haqqında” qanunvericilik üzrə məlumatlılıq;
  • Yükqaldırıcı kranların təhlükəsiz istismarı qaydalarını bilmək;
  • Yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
  • Elektrik təhlükəsizliyi üzrə biliklər;
  • Qaz təhlükəsizliyi üzrə biliklər;
  • Nəqliyyat vasitələrinin təhlükəsiz idarə olunması qaydaları üzrə biliklər;
  • Texniki sənədlərlə işləmə və onları düzgün sənədləşdirmə bacarığı;
  • Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı.

İş şərtləri

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily109
  • Weekly240
  • Monthly840