Korporativ satış üzrə kiçik mütəxəssis

  • Deadline 4 Sentyabr 2026

İşin təsviri

  • Mövcud korporativ müştəri bazası ilə işləmək və müştəri münasibətlərini effektiv şəkildə idarə etmək; 
  • ERP sistemi üzərindən kommersiya təklifləri və sifarişlərin hazırlanması, yaradılması və izlənilməsi; 
  • Şöbənin gündəlik fəaliyyətinə dəstək göstərmək və verilən tapşırıqların vaxtında icrasında iştirak etmək; 
  • Yeni korporativ müştərilərlə əlaqələrin qurulması, telefon danışıqlarının aparılması və müştəri ehtiyaclarının müəyyən edilməsi; 
  • Yeni korporativ müştərilərin cəlb edilməsi və satış imkanlarının araşdırılması; 
  • Müştərilərin tələblərinə uyğun kommersiya təkliflərinin hazırlanaraq təqdim edilməsi; 
  • Satış prosesinin effektiv həyata keçirilməsi məqsədilə digər şöbələrlə koordinasiyalı işləmək; 
  • Satılan məhsulların tədarük prosesinin koordinasiya edilməsi və sifarişlərin icra mərhələsinin izlənilməsi; 
  • Bazarın və rəqiblərin marketinq araşdırmasının aparılması, satış imkanlarının və yeni biznes potensialının müəyyənləşdirilməsi; 
  • Müştəri ehtiyacları, bazar tendensiyaları və satış nəticələri üzrə məlumatların təhlil edilməsi, rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Korporativ satış, müştəri xidməti və ya əlaqəli sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • ERP sistemləri ilə işləmək bacarığı üstünlükdür;
  • Müştəriyönümlü yanaşma və güclü ünsiyyət bacarıqları;
  • Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlü iş prinsipi;
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.

İş şərtləri

  • 5 günlük iş həftəsi;
  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly310
  • Monthly327