Əmək haqqı - Danışıq əsasında
İş yeri - Sumqayıt
İşin təsviri
- Metal boru və profil istehsalında istifadə olunan mexaniki avadanlıqların (formalaşdırma stendləri, kəsmə sistemləri, ötürücülər, reduktorlar, rulonlar və s.) fasiləsiz və düzgün işləməsinin təmin edilməsi;
- Avadanlıqların mexaniki hissələrinin diaqnostikasının aparılması, nasazlıqların operativ şəkildə aradan qaldırılması;
- Planlı texniki xidmət və profilaktik baxışların təşkili və icrası;
- Təmir və texniki xidmət komandası ilə birgə praktiki işlərin aparılması;
- Avadanlıqların istismar müddətinin artırılması məqsədilə texniki həllərin tətbiqi;
- İstehsal və texniki xidmət proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması üzrə təkliflərin verilməsi və icrasında iştirak;
- Texniki sənədləşmənin və hesabatların aparılması.
Tələblər
- Mexanika mühəndisliyi üzrə ali təhsil;
- Metal boru və profil istehsalı sahəsində istifadə olunan mexaniki avadanlıqların iş prinsiplərini dərindən bilməsi;
- Sahə üzrə 7-8 il iş təcrübəsi;
- Mexaniki nasazlıqların analizi və effektiv həll yollarının tətbiqi bacarığı;
- Texniki düşünmə, problem həll etmə və məsuliyyətlilik;
- Komanda ilə işləmək və operativ qərarvermə bacarığı.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.