İşin təsviri:
- Mexaniki emal sexi üçün texnoloji proseslərin layihələndirilməsi və optimallaşdırılması;
- Emal metodlarının və alətlərin seçilməsi;
- Yeni məhsulların istehsal texnologiyasının hazırlanması və tətbiqi.
- İstehsalat proseslərinin səmərəliliyinə və dəqiqliyinə nəzarət etmək;
- Hazırlanan məhsulların keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
- Mexaniki emal proseslərində yaranan problemlərin müəyyənləşdirilməsi və həlli yollarının tapılması;
- Sexdə istifadə olunan materialların və avadanlıqların düzgün seçilməsinə nəzarət;
- İstehsalat avadanlıqlarının texniki vəziyyətinin və istismar şərtlərinin təhlili;
- İstehsalatda xərclərin azaldılması və məhsuldarlığın artırılması üçün yeni texnologiyaların və metodların tətbiqi;
- Avadanlıqların və proseslərin modernləşdirilməsi üzrə təkliflər vermək;
- Sex işçilərinə texnoloji proseslər üzrə təlimlər keçmək və dəstək göstərmək;
- Texniki sənədlərin hazırlanması və istehsalat qrupuna təqdim edilməsi;
- İstehsalat prosesləri ilə bağlı texniki sənədlərin hazırlanması;
- Gündəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Tələblər:
- Ali texniki təhsil (Mexanika mühəndisliyi, Texnologiya mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
- Mexaniki emal texnologiyaları (tornalama, frezləmə, qazma, cilalama və s.) sahəsində dərin biliklər;
- Texniki sənədlərin oxunması və hazırlanması üzrə təcrübə (məsələn, texniki çertyojlar, texnoloji xəritələr).
- Mexaniki emal və ya istehsalat sahəsində minimum 5 il iş təcrübəsi;
- CNC avadanlıqları ilə işləmə təcrübəsi üstünlükdür;
- Avadanlıqların və texnoloji proseslərin optimallaşdırılması üzrə bacarıqlar;
- Keyfiyyət standartlarına uyğun istehsal prosesini təşkil etmək bacarığı;
- Problemlərin analizi və tez həlli üçün texniki yanaşma;
- Komandada işləmək və rəhbərlik etmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, Rus və İngilis dillərini bilmək üstünlükdür (texniki sənədlərin oxunması üçün);
- CAD/CAM proqramlarından istifadə bacarığı (AutoCAD, SolidWorks və s.);
- Məsuliyyətli, detallara diqqətli və nəticəyönümlü yanaşma;
- Yaradıcı düşüncə və innovativ həllər təqdim etmək bacarığı.
Əlavə şərtlər:
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Böyük peşəkar komanda və mehriban mühit;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- İş yeri Dərnəgül;
- Nəqliyyat və nahar.