Mühəndis texnoloq

  • Deadline 22 February 2025

İşin təsviri:

  • Mexaniki emal sexi üçün texnoloji proseslərin layihələndirilməsi və optimallaşdırılması;
  • Emal metodlarının və alətlərin seçilməsi;
  • Yeni məhsulların istehsal texnologiyasının hazırlanması və tətbiqi.
  • İstehsalat proseslərinin səmərəliliyinə və dəqiqliyinə nəzarət etmək;
  • Hazırlanan məhsulların keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
  • Mexaniki emal proseslərində yaranan problemlərin müəyyənləşdirilməsi və həlli yollarının tapılması;
  • Sexdə istifadə olunan materialların və avadanlıqların düzgün seçilməsinə nəzarət;
  • İstehsalat avadanlıqlarının texniki vəziyyətinin və istismar şərtlərinin təhlili;
  • İstehsalatda xərclərin azaldılması və məhsuldarlığın artırılması üçün yeni texnologiyaların və metodların tətbiqi;
  • Avadanlıqların və proseslərin modernləşdirilməsi üzrə təkliflər vermək;
  • Sex işçilərinə texnoloji proseslər üzrə təlimlər keçmək və dəstək göstərmək;
  • Texniki sənədlərin hazırlanması və istehsalat qrupuna təqdim edilməsi;
  • İstehsalat prosesləri ilə bağlı texniki sənədlərin hazırlanması;
  • Gündəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

Tələblər:

  • Ali texniki təhsil (Mexanika mühəndisliyi, Texnologiya mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
  • Mexaniki emal texnologiyaları (tornalama, frezləmə, qazma, cilalama və s.) sahəsində dərin biliklər;
  • Texniki sənədlərin oxunması və hazırlanması üzrə təcrübə (məsələn, texniki çertyojlar, texnoloji xəritələr).
  • Mexaniki emal və ya istehsalat sahəsində minimum 5 il iş təcrübəsi;
  • CNC avadanlıqları ilə işləmə təcrübəsi üstünlükdür;
  • Avadanlıqların və texnoloji proseslərin optimallaşdırılması üzrə bacarıqlar;
  • Keyfiyyət standartlarına uyğun istehsal prosesini təşkil etmək bacarığı;
  • Problemlərin analizi və tez həlli üçün texniki yanaşma;
  • Komandada işləmək və rəhbərlik etmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, Rus və İngilis dillərini bilmək üstünlükdür (texniki sənədlərin oxunması üçün);
  • CAD/CAM proqramlarından istifadə bacarığı (AutoCAD, SolidWorks və s.);
  • Məsuliyyətli, detallara diqqətli və nəticəyönümlü yanaşma;
  • Yaradıcı düşüncə və innovativ həllər təqdim etmək bacarığı.

Əlavə şərtlər:

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Böyük peşəkar komanda və mehriban mühit;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • İş yeri Dərnəgül;
  • Nəqliyyat və nahar.
  • Daily132
  • Weekly451
  • Monthly1970