İşin təsviri
- Şirkətin nəqliyyat parkının ümumi idarə olunması və optimallaşdırılması;
- Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət və servis işlərinin planlaşdırılması;
- Yanacaq sərfiyyatının və marşrutların optimallaşdırılması;
- Sürücü heyətinin idarə olunması və iş qrafiklərinin tənzimlənməsi;
- Nəqliyyat xərclərinin planlanması və nəzarətdə saxlanılması;
- Logistika və digər şöbələrlə effektiv koordinasiyanın təmin edilməsi;
- Yol vərəqələri, sərfiyyat və digər uçot sənədlərinin düzgün aparılmasına nəzarət;
- Şirkətdaxili nəqliyyat proseslərinin təkmilləşdirilməsi və effektivliyinin artırılması;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
- Ali təhsil (müvafiq sahə üzrə üstünlükdür);
- Nəqliyyat və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə (istehsalat sahəsində təcrübəyə üstünlük verilir);
- GPS proqramları ilə işləmə bacarığı;
- Komanda idarəetmə və liderlik bacarığı;
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- MS Office proqramları (xüsusilə Excel) üzrə biliklər;
- Operativ qərarvermə və yüksək məsuliyyətlilik.
İş şərtləri
- Peşəkar iş mühiti;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Nəqliyyat xidmətləri və nahar.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.