Nəqliyyat şöbəsinin rəhbəri

  • Истекает 31 май 2026

İşin təsviri

  • Şirkətin nəqliyyat parkının ümumi idarə olunması və optimallaşdırılması;
  • Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət və servis işlərinin planlaşdırılması;
  • Yanacaq sərfiyyatının və marşrutların optimallaşdırılması;
  • Sürücü heyətinin idarə olunması və iş qrafiklərinin tənzimlənməsi;
  • Nəqliyyat xərclərinin planlanması və nəzarətdə saxlanılması;
  • Logistika və digər şöbələrlə effektiv koordinasiyanın təmin edilməsi;
  • Yol vərəqələri, sərfiyyat və digər uçot sənədlərinin düzgün aparılmasına nəzarət;
  • Şirkətdaxili nəqliyyat proseslərinin təkmilləşdirilməsi və effektivliyinin artırılması;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Ali təhsil (müvafiq sahə üzrə üstünlükdür);
  • Nəqliyyat və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə (istehsalat sahəsində təcrübəyə üstünlük verilir);
  • GPS proqramları ilə işləmə bacarığı;
  • Komanda idarəetmə və liderlik bacarığı;
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • MS Office proqramları (xüsusilə Excel) üzrə biliklər;
  • Operativ qərarvermə və yüksək məsuliyyətlilik.

İş şərtləri

  • Peşəkar iş mühiti;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Nəqliyyat xidmətləri və nahar.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily7
  • Weekly657
  • Monthly790