Əsas vəzifə və öhdəliklər:
- Növbə üzrə istehsalat proseslərinin düzgün və vaxtında icrasını təmin etmək;
- İstehsal planına uyğun olaraq sexdə məhsul buraxılışını təşkil etmək;
- Sexdə çalışan əməkdaşların iş bölgüsünü və gündəlik tapşırıqlarını müəyyən etmək;
- Avadanlıqların düzgün işləməsinə nəzarət etmək və nasazlıq hallarında aidiyyəti üzrə məlumat vermək;
- İstehsalat zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Növbə ərzində baş verən hadisələri və görülən işləri növbə dəftərində qeyd etmək;
- Sexdə səliqə-sahmana və istehsal intizamına nəzarət etmək;
- Anbar və keyfiyyət nəzarəti şöbələri ilə koordinasiyalı şəkildə işləmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali texniki təhsil;
- İstehsalat sahəsində, xüsusilə plastik boru və ya Koruge istehsalı üzrə min 3 il təcrübə;
- Komandaya rəhbərlik etmək bacarığı;
- Nəticəyönümlü və məsuliyyətli iş prinsipi;
- Avadanlıq və istehsalat prosesləri haqqında əsas texniki biliklər;
- Növbəli iş rejimində işləməyə hazır olmaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.