Planlama üzrə təcrübəçi

  • Истекает 10 сентябрь 2026

İşin təsviri

  • Satış proqnozları, istehsal planları və əvvəlki dövrlərə aid məlumatların analizində iştirak etmək və məlumatların dövri olaraq yenilənməsinə dəstək vermək;
  • Hazır məhsul, xammal və material qalıqlarının yetərliliyinin davamlı izlənilməsinə dəstək olmaq;
  • İstehsal prosesini gündəlik izləmək və müəyyən edilmiş planların icrasına nəzarətdə iştirak etmək;
  • Məhsulların reseptləri və avadanlıqların istehsal gücləri ilə bağlı məlumatları analiz etmək və məlumatların düzgün istifadəsinə dəstək vermək;
  • ERP proqramında istehsal proseslərinə aid məlumatların düzgünlüyünü yoxlamaq və yenilənmələrin vaxtında həyata keçirilməsində iştirak etmək;
  • ERP sistemində məlumatların daxil edilməsi və yenilənməsini həyata keçirmək;
  • Planlama prosesinin həyata keçirilməsi üçün tələb olunan sənəd və məlumatların düzgünlüyünü və etibarlılığını yoxlamaq;
  • Tələb olunan əlavə əməliyyatları yerinə yetirmək və aidiyyəti əməkdaşlara texniki dəstək göstərmək.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Mühəndislik, İstehsalat və ya əlaqəli ixtisaslar üzrə);
  • MS Office proqramlarını, xüsusilə Microsoft Excel-i yaxşı səviyyədə bilmək;
  • Riyazi və analitik düşünmə bacarığı;
  • Analitik hesabatların hazırlanmasına maraq və bacarıq;
  • İstehsalat prosesləri haqqında ümumi anlayış;
  • Mal-material dövriyyəsi haqqında ümumi anlayış;
  • Vaxtın idarə edilməsi və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
  • Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
  • Yeni bilik və bacarıqları öyrənməyə həvəsli olmaq.

İş şərtləri

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily109
  • Weekly240
  • Monthly840