Əmək haqqı - Danışıq əsasında
İş yeri Bakı - Dərnəgül
İşin təsviri
- Şirkətin ümumi strategiyasına uyğun olaraq istehsalın məqsəd və vəzifələrinin müəyyən edilməsi, istehsal prosesinin təşkili və idarə olunması;
- İstehsalın inkişafı və əməliyyatların səmərəliliyinin artırılması üzrə planların hazırlanması və icrası;
- İstehsal fəaliyyətinə və təsdiq edilmiş planların icrasına nəzarət;
- Problemli sahələrin müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- İstehsal ehtiyatlarının (əmək, maliyyə və maddi resurslar) səmərəli idarə olunması;
- Xərclərin azaldılması, məhsuldarlığın artırılması və istehsal dövrünün qısaldılması məqsədilə istehsal proseslərinin optimallaşdırılması;
- Əməyin mühafizəsi, iş təhlükəsizliyi və əməliyyat standartlarına riayət olunmasına nəzarət;
- İstehsal proseslərində keyfiyyətin artırılması üçün yeni texnologiyaların, avadanlıqların və prosedurların araşdırılması və tətbiqi;
- Təhlil və məlumatlardan istifadə etməklə istehsalın effektivliyinin qiymətləndirilməsi və zəruri dəyişikliklərin edilməsi;
- Avadanlıqlardan istifadənin optimallaşdırılması, iş axınının sadələşdirilməsi və yeni texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması;
- Kaizen, 5S və Six Sigma kimi keyfiyyət idarəetmə yanaşmalarının tətbiqi;
- İstehsalat fəaliyyəti üzrə aylıq texniki hesabatların hazırlanması.
Tələblər
- Ali texniki təhsil;
- İstehsalat sahəsində minimum 5 il iş təcrübəsi;
- İstehsal və əməliyyatların idarə olunması üzrə biliklər;
- İstehsal proseslərinin əsas prinsipləri və anlayışlarını yaxşı səviyyədə bilməli;
- Keyfiyyətin yaxşılaşdırılması və məhsuldarlığın artırılması üzrə müasir metodologiyalar haqqında texniki biliklər;
- Təşəbbüskar və yenilikçi yanaşma;
- Güclü liderlik bacarıqları;
- Yüksək ünsiyyət və komanda ilə işləmək qabiliyyəti.
İş şərtləri
- Peşəkar iş mühiti;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Nəqliyyat xidmətləri və nahar.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.