Vəzifə öhdəlikləri:
- Şirkət daxilində şəbəkə infrastrukturunun qurulması, idarə olunması və optimallaşdırılması
- Lokal (LAN), geniş ərazi (WAN) və simsiz (Wi-Fi) şəbəkələrin sazlanması və texniki dəstəyi
- 802.1X, ACL, white/black list sistemlərinin tətbiqi və idarə olunması
- Şəbəkə avadanlıqlarının (router, switch, firewall, access point və s.) quraşdırılması və konfiqurasiyası
- Şəbəkə təhlükəsizliyinin təmin edilməsi, firewall və VPN həllərinin idarə olunması
- Server və şəbəkə avadanlıqlarının monitorinqi və nasazlıqların aradan qaldırılması
- Şəbəkə problemlərinin diaqnostikası və operativ həlli
- Şəbəkə ilə bağlı sənədləşmənin aparılması və hesabatların hazırlanması
- SD-WAN, VPN, Firewall, Wi-Fi, VoIP sistemlərinin qurulması və idarə olunması.
- Yeni şəbəkə həllərinin araşdırılması və tətbiqi
- İstifadəçilərə texniki dəstək göstərmək
Tələblər:
- Şəbəkə infrastrukturu və avadanlıqları üzrə ən azı 2-3 il iş təcrübəsi
- Şəbəkə layihələrinin müzakirəsi və sənədləşdirilməsi sahəsində təcrübə
- TCP/IP, DNS, DHCP, VLAN, VPN, QoS və digər şəbəkə protokolları haqqında biliklər
- FortiGate, Cisco, Linksys, HPE, MikroTik və digər şəbəkə avadanlıqları ilə işləmə təcrübəsi
- Firewall, IDS/IPS və şəbəkə təhlükəsizliyi üzrə biliklər
- Şəbəkə monitorinq və diaqnostika alətləri (Wireshark, PRTG, Zabbix, ManageEngine və s.) ilə işləmə bacarığı
- CCNA sertifikatı (mütləqdir), CCNP (üstünlükdür).
- Şəbəkə təhlükəsizliyi üzrə dərin biliklər (Firewall, IPS, IDS).
- Firewall: FortiGate (F201, F40, F81) avadanlıqların qurulması və idarə olunması təcrübəsi
- Kommutatorlar: Fortinet, Cisco, Linksys, HPE Small Business, NOVUS (PoE) avadanlıqların qurulması və idarə olunması təcrübəsi
- Wi-Fi access pointlər: UniFi, MikroTik AP.
- Problemləri tez analiz edib həll etmə bacarığı
- Komandada işləmə və ünsiyyət bacarıqları
İş şərtləri:
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.