Mühasib köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib köməkçisi

  • Deadline 11 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsində iştirak etmək;
  • E-qaimələrin, hesab-fakturaların, aktların və digər maliyyə sənədlərinin hazırlanması və uçotunun aparılmasına dəstək olmaq;
  • Bank əməliyyatları üzrə sənədlərin hazırlanması və məlumatların sistemləşdirilməsində iştirak etmək;
  • Gündəlik maliyyə əməliyyatlarının uçota alınmasına və mühasibat məlumatlarının düzgün əks etdirilməsinə dəstək olmaq;
  • Təchizatçılar və müştərilər üzrə hesablaşmaların izlənilməsində iştirak etmək;
  • Mühasibat uçotu üzrə məlumatların elektron sistemlərə daxil edilməsini və məlumatların aktuallığının təmin edilməsini həyata keçirmək;
  • İlkin sənədlərin düzgünlüyünü və tamlığını yoxlamaq, çatışmazlıqlar barədə məsul şəxsi məlumatlandırmaq;
  • Maliyyə və mühasibat sənədlərinin düzgün şəkildə arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
  • Aylıq və digər dövri hesabatların hazırlanmasında mühasibə dəstək olmaq;
  • Rəhbərliyin və baş mühasibin müvafiq maliyyə və inzibati tapşırıqlarını vaxtında yerinə yetirmək;
  • Şirkətin daxili prosedurlarına və maliyyə intizamına riayət etmək.

Tələblər:

  • Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə olması üstünlükdür);
  • Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ilkin biliklər;
  • E-qaimə, elektron vergi sistemi və digər mühasibatlıq sistemləri ilə işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı;
  • İlkin mühasibat sənədləri ilə işləmə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
  • Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti;
  • Dəqiqlik, məsuliyyətlilik və operativlik;
  • Sənədləşmə və məlumatların sistemləşdirilməsi bacarığı;
  • Komandada işləmək və verilən tapşırıqları vaxtında icra etmək bacarığı.

İş şərtləri:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00–18:00
  • İş yeri: Bakı şəhəri, Nəsimi rayonu 
  • Əmək haqqı: 400 Azn (net)

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected]  və [email protected]  ünvanlarına paralel göndərə bilərlər. E-mail mövzu hissəsində “Mühasib köməkçisi” qeyd olunmalıdır.

  • Daily0
  • Weekly607
  • Monthly1083