Vəzifə öhdəlikləri:
- Dinamik və statik yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün ilməyin qurulması və bağlanması və bərkidilməsi qaydasını bilmək;
- Kran maşinistinə siqnal, işarələrin verilməsi və yükün qaldırılması, daşınması və qoyulması zamanı yükə nəzarət etmək;
- Daşınan yüklərin kütləsinin və ağırlıq mərkəzinin gözəyarı müəyyənləşdirilməyi bilmək;
- Yüktutucu vasitələrin istismar müddətini və onların yükgötürmə qabiliyyətini bilmək;
- Yüklərin yığılma qaydalarını və ölçülərini bilmək;
- Yükün kütləsi və ölçülərinə əsasən lazımi yük tutucu vasitələrin seçilməsi qaydasını bilmək.
- Krana qoşulan bütün növ yüktutucu (qarmaq, spreyder, maqnit, qreyfer və s.) avadanlıqların qoşulmasında iştirak etmək;
Xüsusi tələblər:
- Tələb edilən sahə üzrə sertifikat (lisenziya əsasında fəaliyyət göstərən müəssisənin cari il üçün nəzərdə tutulan və yaxudda yenilənmiş setifikatı);
- Vəzifə üzrə azı 3 il iş təcrübəsi;
- Yaş kateqoriyası 35 yaşadək.
Nəyi bilməlidir:
- Azərbaycan dilində səlis danışmağı;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın mühafizə qaydalarını;
- Yükaşırma prosesində risklərin müəyyən edilməsini;
- Yüklərin yerdəyişmə üsullarını;
- İlk yardım qaydalarını.
Nəyi bacarmalıdır:
- Məsuliyyətli olmağı;
- Təhlil etməyi;
- Operativ və çevik olmağı.
Gözlənilən davranış:
- Vaxtında və düzgün qərar vermək.
İş şərtləri:
- Həftədə 6 gün, gündə 7 saat olmaqla 40 saatdan çox olmayaraq iş qrafiki;
- İstirahət günü həftədə 1 (bir) gün – bazar günü.
İş yeri:
- Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi.