Vəzifə öhdəlikləri:
- Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirir;
- Təmir işlərinin keyfiyyətli, standartlara uyğun şəkildə aparılmasına nəzarət edir;
- Təmir işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
- İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünü araşdırır, onların yerinə yetirilməsi prosesinin hazırlanmasına, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasına təsir göstərir;
- Briqadalarının iş bölgülərini və onların istehsalat tapşırıqlarını təyin edir.
Xüsusi tələblər:
- Ali təhsil (Sənayə və mülki tikinti ixtası üzrə);
- AutoCad, MS Oficce proqramlarında sərbəst işləməyi;
- Vəzifə üzrə azı 5 il iş təcrübəsi;
- Yaş kateqoriyası 35 yaşadək.
Nəyi bilməlidir:
- Azərbaycan dilində səlis danışmaq və yazmağı;
- Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
- Layihələşdirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını; işlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
- Layihələşdirmə və tikinti işində qabaqcıl təcrübəni;
- Əməyin, istehsalat və idarəetmənin təşkilini;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Nəyi bacarmalıdır:
- Məsuliyyətli olmağı;
- Təhlil etməyi;
- Operativ və çevik olmağı.
Gözlənilən davranış:
- Səbirli olmaq;
- Yeniliklərə açıq olmaq;
- Vaxtında və düzgün qərar vermək.
İş şərtləri:
- Həftədə 6 gün, gündə 7 saat olmaqla 40 saatdan çox olmayaraq iş qrafiki;
- İstirahət günü həftədə 1 (bir) gün – bazar günü.
İş yeri:
- Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi.