Meysəri Grand Hotel & SPA Meysəri Grand Hotel & SPA
  • 191

Baş Mexanik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mexanik

  • Deadline 28 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Şamaxı rayonu — Meysari Grand Hotel & Spa

Meysari Grand Hotel & Spa komandamıza qoşulacaq, mexaniki sistemlərin və avadanlıqların etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin edəcək təcrübəli və məsuliyyətli Senior Mechanical Supervisor axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Mexaniki sistemlərin, avadanlıqların və mühəndislik qurğularının işinə nəzarət etmək;
  • Profilaktik texniki xidmət və təmir işlərini planlaşdırmaq və icrasını təmin etmək;
  • Nasazlıqları müəyyən etmək, texniki problemlərin operativ həllini təşkil etmək;
  • Texniki xidmət komandasının gündəlik fəaliyyətini əlaqələndirmək və iş bölgüsünü aparmaq;
  • Mexaniki avadanlıqların istismarına, təhlükəsizlik qaydalarına və texniki standartlara riayət olunmasına nəzarət etmək;
  • Ehtiyat hissələrinin və texniki materialların istifadəsini izləmək, müvafiq hesabatlar hazırlamaq;
  • Enerji səmərəliliyinin artırılması və avadanlıqların istismar müddətinin uzadılması istiqamətində tədbirlər görmək.

Namizəd üçün tələblər

  • Mexanika, mühəndislik və ya müvafiq texniki sahə üzrə ali və ya uyğun texniki təhsil;
  • Mexaniki sistemlərin istismarı, texniki xidməti və təmiri sahəsində müvafiq iş təcrübəsi;
  • Texniki heyətin idarə edilməsi və işlərin koordinasiyası üzrə bacarıqlar;
  • Mexaniki avadanlıqlar, nasoslar, mühərriklər, HVAC və digər mühəndislik sistemləri üzrə biliklər;
  • Texniki sənədləri oxumaq, nasazlıqları təhlil etmək və operativ qərarlar qəbul etmək bacarığı;
  • Məsuliyyətlilik, liderlik, problem həll etmə və komanda ilə işləmək bacarığı;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili prosedurlar barədə biliklər;
  • Otel və ya iri obyektlərin texniki xidmət sahəsində təcrübə üstünlükdür.

CV-lərinizi mövzu hissəsində “Senior Mechanical Supervisor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily2
  • Weekly454
  • Monthly2427