Meysəri Grand Hotel & SPA Meysəri Grand Hotel & SPA
  • 225

Camaşırxana üzrə Qrup Rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Camaşırxana üzrə Qrup Rəhbəri

  • Deadline 19 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Şamaxı rayonu — Meysari Grand Hotel & Spa

Meysari Grand Hotel & Spa camaşırxana komandasına rəhbərlik edəcək, gündəlik iş prosesinin vaxtında və yüksək keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin edəcək əməkdaş axtarır.

Əsas vəzifə öhdəlikləri

  • Növbə ərzində iş bölgüsünü aparmaq, camaşırxana əməkdaşlarının fəaliyyətini koordinasiya etmək və komandaya gündəlik dəstək göstərmək;
  • Ağartıların və uniforma geyimlərinin yuyulması, ütülənməsi, qatlanması və paylanmadan əvvəl keyfiyyətinə nəzarət etmək;
  • Gündəlik iş axınını planlaşdırmaq, tapşırıqların vaxtında və müəyyən olunmuş standartlara uyğun icrasını təmin etmək;
  • Camaşırxana avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək, nasazlıqları vaxtında bildirmək;
  • Kimyəvi vasitələrdən təhlükəsiz istifadəni, gigiyena və əməyin mühafizəsi qaydalarına riayəti təmin etmək;
  • Ehtiyat materiallarının və ləvazimatların mövcudluğunu izləmək, sifarişlərin koordinasiyasında iştirak etmək;
  • Gündəlik brifinqlər, növbə hesabatları və növbə təhvil-təslimini təşkil etmək;
  • Yeni əməkdaşların işə uyğunlaşmasına, komandanın təliminə və fəaliyyətinin inkişafına dəstək olmaq.

Namizəd üçün arzuolunan keyfiyyətlər

  • Camaşırxana əməliyyatları, xidmət keyfiyyəti və təhlükəsiz iş prinsipləri üzrə praktik bilik;
  • Komandanı təşkil etmək, tapşırıqları bölüşdürmək və gündəlik proseslərə nəzarət etmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik, operativ qərarvermə və effektiv ünsiyyət bacarıqları;
  • Otel və ya peşəkar camaşırxana sahəsində təcrübə üstünlükdür.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Laundry Team Leader” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily84
  • Weekly216
  • Monthly1639