Çörəkçi

  • Истекает 28 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Şamaxı rayonu — Meysari Grand Hotel & Spa

Meysari Grand Hotel & Spa mətbəx komandamıza qoşulacaq, çörək, kruasan və digər un məmulatlarının hazırlanmasını təmin edəcək məsuliyyətli və təcrübəli Çörəkçi axtarır.

Əsas vəzifə öhdəlikləri

  • Müxtəlif növ çörək, kruasan və digər un məmulatlarını hazırlamaq;
  • Xəmirin hazırlanması, mayalanması və bişirilməsi proseslərini düzgün həyata keçirmək;
  • Məhsulların keyfiyyətinə və vaxtında hazırlanmasına nəzarət etmək;
  • Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına riayət etmək;
  • Mətbəx avadanlıqlarından düzgün istifadə etmək və iş sahəsinin təmizliyini qorumaq.

Namizəd üçün tələblər

  • Çörəkçilik və kruasan hazırlanması üzrə praktik təcrübə;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı;
  • Otel və ya restoran sahəsində təcrübə üstünlükdür;
  • Gecə növbəsində işləməyə hazır olmaq.

CV-lərinizi mövzu hissəsində “Çörəkçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily2
  • Weekly454
  • Monthly2427