İş yeri: Şamaxı rayonu — Meysari Grand Hotel & Spa
Meysari Grand Hotel & Spa mətbəx komandamıza qoşulacaq, çörək, kruasan və digər un məmulatlarının hazırlanmasını təmin edəcək məsuliyyətli və təcrübəli Çörəkçi axtarır.
Əsas vəzifə öhdəlikləri
- Müxtəlif növ çörək, kruasan və digər un məmulatlarını hazırlamaq;
- Xəmirin hazırlanması, mayalanması və bişirilməsi proseslərini düzgün həyata keçirmək;
- Məhsulların keyfiyyətinə və vaxtında hazırlanmasına nəzarət etmək;
- Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına riayət etmək;
- Mətbəx avadanlıqlarından düzgün istifadə etmək və iş sahəsinin təmizliyini qorumaq.
Namizəd üçün tələblər
- Çörəkçilik və kruasan hazırlanması üzrə praktik təcrübə;
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı;
- Otel və ya restoran sahəsində təcrübə üstünlükdür;
- Gecə növbəsində işləməyə hazır olmaq.
CV-lərinizi mövzu hissəsində “Çörəkçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.