Əsas vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət edilməsi;
- Müqavilələrin, sazişlərin və digər hüquqi sənədlərin hazırlanması, yoxlanılması və hüquqi ekspertizasının aparılması;
- Müvafiq istiqamət üzrə şirkətin maraqlarının təmsil edilməsi;
- Daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
- Hüquq komandasının fəaliyyətini istiqamətləndirmək və inkişaf etdirmək;
- Hüquqi risklərin müəyyən edilməsi, təhlili və minimallaşdırılması üzrə tədbirlərin görülməsi;
- Daxili hüquqi hesabatların və analitik təhlillərin hazırlanması.
Vakansiya üzrə əsas tələblər:
- Ali təhsil (Hüquq ixtisası üzrə);
- Maliyyə xidmətləri sektorunda (bank, bank olmayan kredit təşkilatı, investisiya və ya sığorta şirkəti və s.) iş təcrübəsi ən azı 5 il (o şərtlə ki, 3 ili rəhbər vəzifələrdə. Məsələn, bölmə rəhbəri və ya şöbə rəhbəri və s.);
- Azərbaycan Respublikasının qanunvericiliyi üzrə biliklər;
Tələb olunan digər bilik və bacarıqlar:
- Liderlik və komanda işləmə bacarığı;
- Analitik düşüncə və problemlərin operativ həll qabiliyyəti;
- Planlama və qərarvermə bacarığı;
- Kommunikasiya və təqdimat bacarıqları;
- Diqqətlilik, məsuliyyətlilik, çeviklik.
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək.
- İş yeri ünvanı: Xətai Plaza.
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.