Əsas vəzifə öhdəlikləri:
- Treydinq strategiyalarının hazırlanması və icrası;
- FX və digər ticarət platformalarında aktiv işləmək;
- Treydinq əməliyyatlarının risklərini idarə etmək;
- Komandanın fəaliyyətini istiqamətləndirmək və inkişaf etdirmək;
- Bazar təhlillərinin aparılması və investisiya qərarlarının verilməsi;
- Daxili hesabatların və analitik təhlillərin hazırlanması.
Vakansiya üzrə əsas tələblər:
- Ali təhsil (İqtisadi və ya Hüquqi);
- Maliyyə xidmətləri sektorunda iş təcrübəsi ən azı 5 il (o şərtlə ki, 3 ili rəhbər vəzifələrdə. Məsələn, bölmə rəhbəri və ya şöbə rəhbəri və s.);
- İngilis dili biliyi yaxşı səviyyədə;
- MS Office proqramları yaxşı səviyyədə
Tələb olunan digər bilik və bacarıqlar:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi ixtisasları arzuolunandır);
- Liderlik bacarığı;
- Təşəbbüskarlıq;
- Analitik düşüncə tərzi və məsələlərin həllinə sistemli yanaşma bacarığı;
- Səlist və aydın danışıq qabiliyyətinin olması;
- Detallara qarşı diqqətlilik.
İş qrafiki: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək. (Tələb olunduğu halda qrafikə dəyişiklik edilməsi mümkündür. Eyni zamanda icazələrlə bağlı mümkün çevik mühit mövcuddur).
İş yeri ünvanı: Xətai Plaza.
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt (e-mail) adresinə vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.