Əsas vəzifə öhdəlikləri:
- İT infrastrukturunun (serverlər, şəbəkə, sistemlər) fasiləsiz və təhlükəsiz fəaliyyətinə nəzarət;
- Proqram təminatlarının və informasiya sistemlərinin tətbiqi, idarə olunması və optimallaşdırılması;
- İnformasiya təhlükəsizliyi siyasətinin icrasına nəzarət;
- İT layihələrinin planlaşdırılması, icrası və monitorinqi;
- İT komandasının fəaliyyətini istiqamətləndirmək, inkişaf etdirmək və qiymətləndirmək;
- Daxili sənədlərin, hesabatların və analitik təhlillərin hazırlanması.
Vakansiya üzrə əsas tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə);
- Maliyyə xidmətləri sektorunda (bank, bank olmayan kredit təşkilatı, investisiya və ya sığorta şirkəti və s.) iş təcrübəsi ən azı 5 il (o şərtlə ki, 3 ili rəhbər vəzifələrdə. Məsələn, bölmə rəhbəri və ya şöbə rəhbəri və s.);
- Şəbəkə texnologiyaları, server sistemləri və əməliyyat sistemləri üzrə biliklər;
- İngilis dili biliyi yaxşı səviyyədə;
- Beynəlxalq sertifikatların olması üstünlükdür.
Tələb olunan digər bilik və bacarıqlar:
- Liderlik və komanda işləmə bacarığı;
- Analitik düşüncə və problemlərin operativ həll qabiliyyəti;
- Planlama və qərarvermə bacarığı;
- Kommunikasiya və təqdimat bacarıqları;
- Diqqətlilik, məsuliyyətlilik, çeviklik
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək.
- İş yeri ünvanı: Xətai Plaza.
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.