İT üzrə Menecer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İT üzrə Menecer

  • Истекает 2 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • İT infrastrukturunun (serverlər, şəbəkə, sistemlər) fasiləsiz və təhlükəsiz fəaliyyətinə nəzarət;
  • Proqram təminatlarının və informasiya sistemlərinin tətbiqi, idarə olunması və optimallaşdırılması;
  • İnformasiya təhlükəsizliyi siyasətinin icrasına nəzarət;
  • İT layihələrinin planlaşdırılması, icrası və monitorinqi;
  • İT komandasının fəaliyyətini istiqamətləndirmək, inkişaf etdirmək və qiymətləndirmək;
  • Daxili sənədlərin, hesabatların və analitik təhlillərin hazırlanması.

Vakansiya üzrə əsas tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə);
  • Maliyyə xidmətləri sektorunda (bank, bank olmayan kredit təşkilatı, investisiya və ya sığorta şirkəti və s.) iş təcrübəsi ən azı 5 il (o şərtlə ki, 3 ili rəhbər vəzifələrdə. Məsələn, bölmə rəhbəri və ya şöbə rəhbəri və s.);
  • Şəbəkə texnologiyaları, server sistemləri və əməliyyat sistemləri üzrə biliklər;
  • İngilis dili biliyi yaxşı səviyyədə;
  • Beynəlxalq sertifikatların olması üstünlükdür.

Tələb olunan digər bilik və bacarıqlar:

  • Liderlik və komanda işləmə bacarığı;
  • Analitik düşüncə və problemlərin operativ həll qabiliyyəti;
  • Planlama və qərarvermə bacarığı;
  • Kommunikasiya və təqdimat bacarıqları;
  • Diqqətlilik, məsuliyyətlilik, çeviklik

İş şəraiti

  • İş qrafiki: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək.
  • İş yeri ünvanı: Xətai Plaza. 

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily128
  • Weekly661
  • Monthly668