Əsas vəzifə öhdəlikləri:
- Maliyyə planlaşdırılması, büdcələşdirmə və maliyyə nəzarəti
- Vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsi
- Müvafiq istiqamət üzrə qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi
- Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasının təmin edilməsi
- Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Vakansiya üzrə əsas tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə);
- Maliyyə xidmətləri sektorunda (bank, bank olmayan kredit təşkilatı, investisiya və ya sığorta şirkəti və s.) iş təcrübəsi ən azı 5 il (o şərtlə ki, 3 ili rəhbər vəzifələrdə. Məsələn, bölmə rəhbəri və ya şöbə rəhbəri və s.);
- Maliyyə hesabatları, büdcələşdirmə və maliyyə təhlili üzrə güclü biliklər;
- Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər;
- İngilis dili biliyi yaxşı səviyyədə;
- MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə işləmək bacarığı.
Tələb olunan digər bilik və bacarıqlar:
- Liderlik və komanda işləmə bacarığı;
- Analitik düşüncə və problemlərin operativ həll qabiliyyəti;
- Planlama və qərarvermə bacarığı;
- Kommunikasiya və təqdimat bacarıqları;
- Diqqətlilik, məsuliyyətlilik, çeviklik.
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək.
- İş yeri ünvanı: Xətai Plaza.
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.