MFX-Trading MFX-Trading
  • 338
MFX-Trading

MFX-Trading

Peşəkar xidmətlər

Maliyyə üzrə Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə üzrə Menecer

  • Deadline 2 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Maliyyə planlaşdırılması, büdcələşdirmə və maliyyə nəzarəti
  • Vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsi
  • Müvafiq istiqamət üzrə qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi
  • Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasının təmin edilməsi
  • Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi

Vakansiya üzrə əsas tələblər:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə);
  • Maliyyə xidmətləri sektorunda (bank, bank olmayan kredit təşkilatı, investisiya və ya sığorta şirkəti və s.)  iş təcrübəsi ən azı 5 il (o şərtlə ki, 3 ili rəhbər vəzifələrdə. Məsələn, bölmə rəhbəri və ya şöbə rəhbəri və s.);
  • Maliyyə hesabatları, büdcələşdirmə və maliyyə təhlili üzrə güclü biliklər;
  • Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər;
  • İngilis dili biliyi yaxşı səviyyədə;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə işləmək bacarığı.

Tələb olunan digər bilik və bacarıqlar:

  • Liderlik və komanda işləmə bacarığı;
  • Analitik düşüncə və problemlərin operativ həll qabiliyyəti;
  • Planlama və qərarvermə bacarığı;
  • Kommunikasiya və təqdimat bacarıqları;
  • Diqqətlilik, məsuliyyətlilik, çeviklik.

İş şəraiti

  • İş qrafiki: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək.
  • İş yeri ünvanı: Xətai Plaza.

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily70
  • Weekly350
  • Monthly357