Middle Corridor Trade korporativ müştərilər üçün enerji həlləri təqdim edən dinamik şirkətdir. Komandamıza satış sahəsində inkişaf etmək istəyən, ünsiyyət bacarıqları yüksək və nəticəyönümlü B2B Satış Təmsilçisi (Xanım) axtarırıq.
İş şəraiti
- Şirkət: Middle Corridor Trade MMC
- İş yeri: Bakı
- İş qrafiki: Həftənin 5 günü (Bazar ertəsi – Cümə), 08:00 – 17:00
Vəzifə Öhdəlikləri:
- Korporativ müştərilərin axtarışı və yeni biznes əlaqələrinin qurulması;
- Müştərilərlə görüşlərin təşkili və şirkətin xidmətlərinin təqdim edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Satış prosesinin müqavilənin imzalanmasına qədər idarə olunması;
- Müştəri münasibətlərinin uzunmüddətli inkişaf etdirilməsi;
- CRM sistemində müştəri məlumatlarının qeydiyyatı və yenilənməsi;
- Satış planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi.
Satışı Həyata Keçiriləcək Xidmətlər:
- Enerji avadanlıqlarının satışı və icarəsi;
- Enerji avadanlıqlarına servis və texniki xidmət;
- Elektrik sınaq xidmətləri;
- Bərpaolunan enerji həlləri (Günəş Elektrik Stansiyaları və digər yaşıl enerji layihələri).
Namizədə Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- B2B satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (Rus və ya ingilis dili biliyi üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Güclü təqdimat, ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
Şirkət Təklif Edir:
- Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında);
- KPI əsaslı yüksək bonus sistemi;
- Korporativ mobil nömrə;
- Peşəkar inkişaf və təlim imkanları;
- Karyera yüksəlişi perspektivi;
- Rahat və müasir iş mühiti.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində "B2B Satış Təmsilçisi" qeyd edərək göndərə bilərsiniz.