B2B Satış Təmsilçisi

  • Истекает 21 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Middle Corridor Trade korporativ müştərilər üçün enerji həlləri təqdim edən dinamik şirkətdir. Komandamıza satış sahəsində inkişaf etmək istəyən, ünsiyyət bacarıqları yüksək və nəticəyönümlü B2B Satış Təmsilçisi (Xanım) axtarırıq.

İş şəraiti

  • Şirkət: Middle Corridor Trade MMC
  • İş yeri: Bakı
  • İş qrafiki: Həftənin 5 günü (Bazar ertəsi – Cümə), 08:00 – 17:00

Vəzifə Öhdəlikləri:

  • Korporativ müştərilərin axtarışı və yeni biznes əlaqələrinin qurulması;
  • Müştərilərlə görüşlərin təşkili və şirkətin xidmətlərinin təqdim edilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Satış prosesinin müqavilənin imzalanmasına qədər idarə olunması;
  • Müştəri münasibətlərinin uzunmüddətli inkişaf etdirilməsi;
  • CRM sistemində müştəri məlumatlarının qeydiyyatı və yenilənməsi;
  • Satış planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi.

Satışı Həyata Keçiriləcək Xidmətlər:

  • Enerji avadanlıqlarının satışı və icarəsi;
  • Enerji avadanlıqlarına servis və texniki xidmət;
  • Elektrik sınaq xidmətləri;
  • Bərpaolunan enerji həlləri (Günəş Elektrik Stansiyaları və digər yaşıl enerji layihələri).

Namizədə Tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • B2B satış sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (Rus və ya ingilis dili biliyi üstünlükdür);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Güclü təqdimat, ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

Şirkət Təklif Edir:

  • Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında);
  • KPI əsaslı yüksək bonus sistemi;
  • Korporativ mobil nömrə;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Karyera yüksəlişi perspektivi;
  • Rahat və müasir iş mühiti.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində "B2B Satış Təmsilçisi" qeyd edərək göndərə bilərsiniz.

  • Daily100
  • Weekly231
  • Monthly2500