Tələblər
- Kulinariya, Qastronomiya və ya Hotelçilik sahəsində ali və ya peşə təhsili.
- Executive Chef, Head Chef və ya Executive Sous Chef vəzifəsində minimum 5 il iş təcrübəsi.
- Beynəlxalq mətbəxlər, Fine Dining, Casual Dining, Banket və Catering əməliyyatlarında təcrübə.
- Menyu hazırlanması, resept standartlaşdırılması və yeni məhsul inkişafı sahəsində bilik və təcrübə.
- Food Cost, Labor Cost, Inventory və Büdcə idarəetməsi üzrə güclü biliklər.
- Mətbəx əməliyyatlarının planlaşdırılması və idarə olunması bacarığı.
- HACCP, ISO 22000 və qida təhlükəsizliyi standartlarına dair dərin biliklər.
- Satınalma, təchizatçı idarəetməsi və anbar nəzarəti sahəsində təcrübə.
- Böyük mətbəx komandalarının idarə olunması və inkişaf etdirilməsi bacarığı.
- İşə qəbul, təlim, performans qiymətləndirmə və komanda motivasiyası sahəsində təcrübə.
- Qonaq məmnuniyyəti və xidmət keyfiyyətinin təmin olunmasına yönəlik yanaşma.
- Güclü liderlik, təşkilatçılıq və qərarvermə bacarığı.
- Yüksək iş tempində işləmək və operativ qərarlar qəbul etmək bacarığı.
- Azərbaycan dili sərbəst, İngilis dili yaxşı səviyyədə (Rus dili üstünlükdür).
- MS Office proqramlarında işləmə bacarığı.
- Beynəlxalq otel şəbəkələri və ya premium restoran konseptlərində təcrübə üstünlük hesab olunur.
Vəzifə Öhdəlikləri
- Şirkətin konseptinə uyğun menyuların hazırlanması və yenilənməsi.
- Bütün mətbəx əməliyyatlarının effektiv idarə olunması.
- Qida keyfiyyəti və təqdimat standartlarının qorunması.
- Food Cost və əməliyyat xərclərinin nəzarətdə saxlanılması.
- Mətbəx heyətinin idarə olunması, təlimi və inkişaf etdirilməsi.
- Məhsul sifarişlərinin planlaşdırılması və stok nəzarətinin aparılması.
- Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət olunmasının təmin edilməsi.
- Banket, tədbir və xüsusi qonaq menyularının hazırlanması.
- Yeni kulinariya trendlərinin izlənilməsi və tətbiqi.
- Mətbəx avadanlıqlarının düzgün istifadəsi və saxlanılmasına nəzarət.
- Hotelin konsepsiyasına və brend kimliyinə uyğun yaradıcı menyular hazırlamaq və tətbiq etmək.
- Bütün restoran və qida xidmət nöqtələrində yeməklərin keyfiyyətinin, təqdimatının və xidmət standartlarının ardıcıl şəkildə qorunmasını təmin etmək.
Şəxsi Keyfiyyətlər
- Liderlik və komanda idarəetməsi.
- Analitik düşüncə və maliyyət idarəetməsi.
- Yaradıcı və innovativ yanaşma.
- Nəticəyönümlülük.
- Yüksək məsuliyyət hissi.
- Güclü kommunikasiya bacarıqları.
- Stress altında işləmə qabiliyyəti.
Təklif Edirik
- Rəqabətədavamlı əmək haqqı.
- Bonus və performans əsaslı motivasiya sistemi.
- Peşəkar inkişaf və təlim imkanları.
- Karyera yüksəlişi perspektivi.
- Korporativ qidalanma və digər sosial təminatlar.
İş yeri: Midtown Hotel Baku, Samad Vurgun 103
Maraqlanan namizədlər öz CV-lərini “Baş Aşpaz” başlığı ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.