Vəzifə öhdəlikləri:
- İdxal-İxrac əməliyyatlarına nəzarət etmək, təkmilləşdirmək və xarici müştəri tələblərinin qarşılanmasını və müştəri münasibətlərinin idarə edilməsini təmin etmək
- İxrac əməliyyatlarına dair xarici müştərilər ilə danışıqların aparılması, planlamanın tərtibi, istehsal və anbar komandaları ilə planların razılaşdırılması; yükləmə/daşınma qrafikin tərtibi və icrasına nəzarət olunması
- Beynəlxalq yükdaşıma və Gömrük işləri ilə əlaqədar zəruri icazələrin hazırlamasına və yüklərin vaxtında bəyan olunmasına nəzarət etmək
- Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək; yükdaşınma zamanı yaranan riskləri təyin etmək və idarə etmək
- Beynəlxalq yükdaşıma proseslərinin optimallaşdırılmasını, etibarlı nəqliyyat şirkətlərinin və yük marşrutlarının seçilməsini və səmərəliliyin artırılmasını təmin etmək
Namizədə tələblər:
- Ali təhsil; (İqtisadiyyat; Maliyyə; Beynəlxalq Ticarət; Gömrük )
- Müvafiq sahədə minimum 2 ildən artıq iş təcrübəsi ;
- Azərbaycan , İngilis və Rus dilində sərbəst nitq və yazı bacarığı;
- MS Office və 1C (8.3) proqramlarından sərbəst istifadə bacarığı;
İş şərtləri:
- İş qrafiki: Həftəiçi 5 gün, 08:30-17:30
- İş yeri: Bakı-Şamaxı şos.15-ci km (Hökməli qəs.)
- Qeyd: Nahar, servis, könüllü tibbi sığorta və korporativ nömrə şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Beynəlxalq Əməliyyatlar şöbə rəhbəri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz