Vəzifə öhdəlikləri:
- Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendi inkişaf etdirmək;
- Bazar və istehlakçı araşdırması aparmaq, trendləri və rəqibləri izləmək
- Brendin inkişafı üzrə yeni təkliflər irəli sürmək;
- Reklam, PR və tanıtım kampaniylarına rəhbərlik etmək
- Hədəf auditoriyasının seqmentasiyasını müəyyənləşdirmək;
- Yeni məhsul xəttinin konsepsiyasının işlənib hazırlanması;
- KPI hesabatlarının işlənib hazırlanması;
Vəzifə üzrə spesifikasiyalar:
Tələb olunan Təhsil və Təcrübə:
- Ali təhsil: Iqtisadiyyat, Marketinq və Menecment üzrə;
- Marketinq, biznesin inkişafı, brend idarə edilməsi, kommunikasiya, reklam sahələri üzrə ən azı 3 il iş təcrübəsi.
- FMCG sektorunda təcrübə;
Tələb olunan Bilik, Bacarıq və Davranış səriştəlilikləri:
- Azərbaycan dili -yüksək səviyyədə, İngilis dili -yüksək səviyyədə, Rus dili arzuolunandır;
- Strateji və analitik düşüncə, təşəbbüskarlıq, yenilikçilik, yaradıcı düşüncə;
- Büdcələri planlaşdırmaq və idarə etmək üçün lazımı bacarıqlar;
- İnformasiya ilə işləmək, onu sistemləşdirmək və təhlil etmək bacarığı;
- Komanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı və komandanın digər əməkdaşları ilə öz təcrübəsini bölüşməyə hazır olmaq;
- Kreativlik
- Effektiv vaxt idarə etmə və problem həll etmə bacarıqları;
- Müştəri yönümlü düşüncə tərzi, ünsiyyət qurmaq və təqdimat bacarığı;
- Eyni zamanda müxtəlif işlər üzərində işləyərkən prioritetlərin düzgün müəyyən olunması;
- Dəqiqlik, detallara diqqət;
- MS Office billikləri.
Əmək şəraiti və iş şərtləri barədə:
- İş yeri: Bakı-Şamaxı şos. 15-ci km.
- İş qrafiki: 08:30-17:30 (5 günlük iş qrafiki)
- Nahar, servis, könüllü tibbi sığorta və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Brend menecer” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.