"Milla Dairy" MMC "Dövlət orqanları ilə iş və tələblərin idarəolunması üzrə aparıcı mütəxəssis (sertifikatlaşdırma üzrə)" vəzifəsi üçün işçi qəbulu elan edir:
Namizədin vəzifə öhdəlikləri:
- Qida təhlükəsizliyi sahəsində hüquqi-normativ aktların ( Qida təhlükəsizliyi haqda qanun, Kollegial qərarlar, Nk qərarlar və s) tələblərinin müəssisənin aidiyyatı strukturlarına kommunikasıyası;
- İstehsal, anbar kimi funksional struktur vahidlərində tələblərin icrasının yoxlanılması məqsədilə aylıq auditlərin təşkili;
- AQTA planlı və plandankənar auditlərinin koordinasiyası;
- İxrac və idxal proseslərində AQTA tələblərinin idarə olunması və məhsullarda analizləri aparılmasının koordinasiyası
Namizədə tələblər:
- Ali təhsil (Standartlaşdırma, qida mühəndisi, bioloq, sertifikatlaşdırma, ərzaq məhsullarının ekspertizası)
- Qida sahəsində ən azı 5 il
- İngilis və rus dili biliyi arzuolunandır
- MS Office proqramlarından istifadə bacarığı
İş şərtləri:
- İş yeri: Müşfiqabad qəsəbəsi
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-17:30
- Könüllü tibbi sığorta, korporativ mobil nömrə, servis və nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını Dövlət orqanları ilə iş və tələblərin idarəolunması üzrə aparıcı mütəxəssis (sertifikatlaşdırma üzrə) qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.