"Milla Dairy" MMC (süd email zavodu) "İR əməliyyatları və analitika üzrə kiçik mütəxəssis " vəzifəsi üçün işçi qəbulu elan edir:
Namizədin vəzifə öhdəlikləri:
- İşə qəbul edilən işçilərin müqavilələrinin , şəxsi işlərinin hazırlanması
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) uyğun olaraq vaxtında daxil edilməsi
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması
- İR aid sənədlərin 1C proqramına daxil edilməsi
- İşdən çıxış prosesinin aparılması
- Məzuniyyət qrafiklərini tərtib edilməsi; işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması; verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi; içilərə illik məzuniyyətlərin verilməsi (əmrlərin düzgün tərtibi, uzatmalar, staj, işə başlama tarixlərinə nəzarət)
- Əmək haqqı kart sifarişinin verilməsi,
- Aylıq İR-a aid analitik hesabatların hazırlanması
Namizədə tələblər:
- Yaş həddi: 22-30 yaş
- Ali təhsil ( Psixologiya, Sosiologiya, İqtisadiyyat, Menecment)
- İnsan resursları sahəsində minimum 1 il təcrübə mütləqdir
- Əmək məcəlləsi üzrə biliklər- yaxşı səviyyədə
- Azərbaycan dili mükəmməl, İngilis dili yaxşı səviyyədə
- MS Office , 1C, Outlook proqramlarından istifadə bacarığı
- Məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq
İş şərtləri:
- İş yeri: Müşfiqabad qəsəbəsi
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-17:30
- Könüllü tibbi sığorta, korporativ mobil nömrə, servis və nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını "İR əməliyyatları və analitika üzrə kiçik mütəxəssis" qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.