Milla Dairy Milla Dairy
  • 195

Proses və Məhsul Uyğunluğu üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Proses və Məhsul Uyğunluğu üzrə Mütəxəssis

  • Deadline 20 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri

  • Uyğunsuzluqlar zamanı analitik məlumatların toplanması, istehsalat parametrlərinin təhlili və kənarlaşmaların kök səbəblərinin müəyyən edilməsi.
  • Müştəri və daxili bazar şikayətləri üzrə şikayət edilən partiyanın istehsal parametrlərinin, izləniləbilənlik qeydlərinin və şahid nümunələrinin araşdırılması, QA hesabatının hazırlanması.
  • Anbar sahələrinin və anbardakı məhsulların temperatur fərqlərinin müəyyənləşdirilməsi və mütəmadi monitorinqi.
  • Uyğunsuz anbar şəraitinin məhsulun raf ömrünə təsirinin izlənilməsi və qiymətləndirilməsi.
  • Xammal, yarımfabrikat, hazır məhsul və sərf materialı anbarlarında saxlanma rejiminin və FIFO prinsiplərinin mütəmadi audit edilməsi.
  • Texnoloji rejimlərin standart əməliyyat prosedurlarına uyğunluğunun yoxlanılması.

Tələblər

  • İş mühitinin xüsusiyyətləri nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir.
  • Qida mühəndisliyi, Kimya mühəndisliyi, Biomühəndislik və ya müvafiq texniki sahələr üzrə ali təhsil.
  • Proses kontrolu üzrə istehsalat təcrübəsi.
  • Süd və ya qida sənayesi sahəsində Keyfiyyətə Nəzarət, Keyfiyyətin Təminatı və ya istehsalat üzrə minimum 2–3 il iş təcrübəsi.
  • Süd və süd məhsulları istehsalının texnoloji prosesləri və mass-balance hesablama metodologiyası üzrə biliklər.
  • Qida təhlükəsizliyi idarəetmə sistemləri (FSSC 22000, HACCP) və milli qanunvericilik standartları üzrə biliklər.
  • Kök Səbəb Analizi (RCA – 5 Why, Fishbone) və Data Analitikası bacarıqları.
  • Analitik təfəkkür, detallara diqqət və çarpaz şöbələrlə (İstehsalat, Mühəndislik, Anbar, R&D) effektiv kommunikasiya qurmaq bacarığı.

İş şəraiti

  • İş qrafiki: 5 günlük, 08:30–17:30
  • Vakansiya növü: Tam ştat

Təklif olunan imkanlar

  • Qidalanma
  • Servis xidməti
  • Mobil nömrə ilə təminat
  • “Dəyərlisən” PASHA Loyalty proqramına üzvlük
  • Kompüterlə təmin edilmə

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Proses və Məhsul Uyğunluğu üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

  • Daily9
  • Weekly545
  • Monthly1473