Prosesə və məhsul uyğunluğu üzrə mütəxəssis

  • Истекает 29 октябрь 2026

Təsvir

  • Uyğunsuzluqlar zamanı analitik məlumatları toplamaq, istehsalat parametrlərini təhlil etmək və kənarlaşmanın kök səbəbini müəyyən etməkdə iştirak etmək
  • Müştəri və daxil olan bazar şikayətləri üzrə şikayət edilən partiyanın istehsal parametrlərini, izlənilirlik qeydlərini və şahid nümunələrini araşdıraraq QA hesabatı hazırlamaq
  • Anbar sahələrinin və anbardakı məhsulların temperatur fərqlərinin müəyyənləşdirilməsi, mütəmadi monitorinqi.
  • Uyğunsuz anbar şəraitinin məhsulun raf ömrünə təsirinin izlənilməsi və qiymətləndirilməsi. 
  • Xammal, yarımfabrikat, hazır məhsul və sərf materialı anbarlarında saxlanma rejimini və FIFO prinsiplərini mütəmadi audit etmə
  • Texnoloji rejimlərin standart əməliyyat prosedurlarına uyğunluğunun inspeksiyası

Tələblər

  • Bəy namizədlərə üstünlük veriləcəkdir(iş mühiti səbəbi ilə)
  • Qida mühəndisliyi, Kimya mühəndisliyi, Biomühəndislik və ya müvafiq texniki sahələr üzrə ali təhsil.
  • Proses kontrol üzrə istehsal təcrübəsi
  • Süd və ya qida sənayesi sahəsində Keyfiyyətə Nəzarət, Keyfiyyətin Təminatı və ya İstehsalat üzrə minimum 2-3 il iş təcrübəsi.
  • Süd və süd məhsulları istehsalının texnoloji prosesləri, mass-balans hesablama metodologiyası bilikləri. Qida təhlükəsizliyi idarəetmə sistemləri (FSSC 22000, HACCP) və milli qanunvericilik standartları üzrə biliklər.
  • Kök Səbəb Analizi (RCA - 5 Why, Fishbone) və Data Analitikası bacarıqları.
  • Analitik təfəkkür, detallara diqqət, çarpaz şöbələrlə (İstehsalat, Mühəndislik, Anbar, R&D) effektiv kommunikasiya qurma bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • qidalanma
  • Servis ximdəti
  • mobil nömrə ilə təminat
  • Dəyərlisən” PASHA loyality proqramına üzvlük
  • Kompyuter ilə təmin edilmə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily111
  • Weekly352
  • Monthly2691