Təsvir
- Uyğunsuzluqlar zamanı analitik məlumatları toplamaq, istehsalat parametrlərini təhlil etmək və kənarlaşmanın kök səbəbini müəyyən etməkdə iştirak etmək
- Müştəri və daxil olan bazar şikayətləri üzrə şikayət edilən partiyanın istehsal parametrlərini, izlənilirlik qeydlərini və şahid nümunələrini araşdıraraq QA hesabatı hazırlamaq
- Anbar sahələrinin və anbardakı məhsulların temperatur fərqlərinin müəyyənləşdirilməsi, mütəmadi monitorinqi.
- Uyğunsuz anbar şəraitinin məhsulun raf ömrünə təsirinin izlənilməsi və qiymətləndirilməsi.
- Xammal, yarımfabrikat, hazır məhsul və sərf materialı anbarlarında saxlanma rejimini və FIFO prinsiplərini mütəmadi audit etmə
- Texnoloji rejimlərin standart əməliyyat prosedurlarına uyğunluğunun inspeksiyası
Tələblər
- Bəy namizədlərə üstünlük veriləcəkdir(iş mühiti səbəbi ilə)
- Qida mühəndisliyi, Kimya mühəndisliyi, Biomühəndislik və ya müvafiq texniki sahələr üzrə ali təhsil.
- Proses kontrol üzrə istehsal təcrübəsi
- Süd və ya qida sənayesi sahəsində Keyfiyyətə Nəzarət, Keyfiyyətin Təminatı və ya İstehsalat üzrə minimum 2-3 il iş təcrübəsi.
- Süd və süd məhsulları istehsalının texnoloji prosesləri, mass-balans hesablama metodologiyası bilikləri. Qida təhlükəsizliyi idarəetmə sistemləri (FSSC 22000, HACCP) və milli qanunvericilik standartları üzrə biliklər.
- Kök Səbəb Analizi (RCA - 5 Why, Fishbone) və Data Analitikası bacarıqları.
- Analitik təfəkkür, detallara diqqət, çarpaz şöbələrlə (İstehsalat, Mühəndislik, Anbar, R&D) effektiv kommunikasiya qurma bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- qidalanma
- Servis ximdəti
- mobil nömrə ilə təminat
- Dəyərlisən” PASHA loyality proqramına üzvlük
- Kompyuter ilə təmin edilmə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.