Vəzifə öhdəlikləri:
- Red Team və penetrasiya testləri üzrə əməliyyatların planlaşdırılması, prioritetləşdirilməsi və koordinasiyası;
- Korporativ sistemlər, şəbəkə infrastrukturu, veb tətbiqlər, daxili sistemlər və Active Directory mühitləri üzrə kompleks təhlükəsizlik testlərinin təşkili və icrası;
- Real təhdid modellərinə əsaslanan hücum ssenarilərinin hazırlanması, tətbiqi və nəticələrinin qiymətləndirilməsi;
- Red Team əməliyyatları üzrə texniki yanaşmaların, metodologiyaların və test çərçivələrinin formalaşdırılması;
- Aşkarlanmış zəifliklərin biznes və texniki təsirinin qiymətləndirilməsi, risklərin prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması;
- Blue Team/SOC komandaları ilə birgə aşkarlama, monitorinq və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;
- Red Team alətləri, prosesləri və hesabatlılıq standartlarının inkişaf etdirilməsi
Tələblər:
- İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali təhsil;
- Red Team, penetrasiya testi və offensive security sahəsində dərin praktiki biliklər;
- Şəbəkə təhlükəsizliyi, Active Directory, veb tətbiq təhlükəsizliyi, Linux və Windows sistemləri üzrə yüksək səviyyəli texniki biliklər;
- MITRE ATT&CK, OWASP Top 10, privilege escalation, lateral movement və müasir hücum texnikaları üzrə bilik;
- Texniki hesabatların hazırlanması, nəticələrin rəhbərlik və texniki komandalar üçün aydın təqdim edilməsi bacarığı;
- Offensive Security sertifikatlarının olması üstünlükdür.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün).
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.