Baş Red Team mütəxəssisi (Pentester)

  • Истекает 11 сентябрь 2026

Vəzifə öhdəlikləri:

  • Red Team və penetrasiya testləri üzrə əməliyyatların planlaşdırılması, prioritetləşdirilməsi və koordinasiyası;
  • Korporativ sistemlər, şəbəkə infrastrukturu, veb tətbiqlər, daxili sistemlər və Active Directory mühitləri üzrə kompleks təhlükəsizlik testlərinin təşkili və icrası;
  • Real təhdid modellərinə əsaslanan hücum ssenarilərinin hazırlanması, tətbiqi və nəticələrinin qiymətləndirilməsi;
  • Red Team əməliyyatları üzrə texniki yanaşmaların, metodologiyaların və test çərçivələrinin formalaşdırılması;
  • Aşkarlanmış zəifliklərin biznes və texniki təsirinin qiymətləndirilməsi, risklərin prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması;
  • Blue Team/SOC komandaları ilə birgə aşkarlama, monitorinq və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;
  • Red Team alətləri, prosesləri və hesabatlılıq standartlarının inkişaf etdirilməsi

Tələblər:

  • İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali təhsil;
  • Red Team, penetrasiya testi və offensive security sahəsində dərin praktiki biliklər;
  • Şəbəkə təhlükəsizliyi, Active Directory, veb tətbiq təhlükəsizliyi, Linux və Windows sistemləri üzrə yüksək səviyyəli texniki biliklər;
  • MITRE ATT&CK, OWASP Top 10, privilege escalation, lateral movement və müasir hücum texnikaları üzrə bilik;
  • Texniki hesabatların hazırlanması, nəticələrin rəhbərlik və texniki komandalar üçün aydın təqdim edilməsi bacarığı;
  • Offensive Security sertifikatlarının olması üstünlükdür.

İş şərtləri:

  • İş qrafiki: Tam iş günü (5 gün).
  • İş saatları: 09:00-18:00.
  • İş yeri: Bakı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily109
  • Weekly240
  • Monthly840