Vəzifə öhdəlikləri:
- Server infrastrukturunun idarə edilməsi: Fiziki və virtual serverlərin (Windows Server/Linux) dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;
- Active Directory və Domen infrastrukturu: AD DS, GPO, DNS, DHCP, WSUS, SCCM, IIS və FSMO rollarının idarə edilməsi, təhlükəsizlik siyasətlərinin (CIS Benchmarks) tətbiqi və auditi;
- Yedəkləmə və Bərpa (Backup & DR): Data yedəklənməsi strategiyasını (Veeam) həyata keçirmək, mütəmadi bərpa testləri aparmaq və fəlakətdən bərpa planlarını yeniləmək;
- Avtomatlaşdırma və Optimizasiya: Gündəlik təkrarlanan sistem inzibatçılığı tapşırıqlarının PowerShell/Bash/Python skriptləri ilə avtomatlaşdırılması;
- Sənədləşmə və İnventarizasiya: Server infrastruktur sxemlərinin, sistem rollarının və İT resurslarının uçotunun (Jira İTSM) daim aktual saxlanılması.
Tələblər:
- İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Sistem mühəndisliyi və ya əlaqədar ixtisaslar üzrə ali təhsil;
- MCSA / MCSE / Windows Server Hybrid Associate, VMware VCP / Proxmox VE, LPIC-1 və RHCSA üzrə sertifikatların olması üstünlük hesab olunur.
- Əməliyyat sistemləri: Windows Server 2022/2025 və Linux (Ubuntu, Debian, RedHat/CentOS) dərin bilikləri;
- İnfrastruktur xidmətləri: Active Directory (AD DS, DNS, DHCP, WSUS, SCCM, IIS, Failover Clustering) və Group Policy (GPO) üzrə dərin biliklər;
- Şəbəkə bilikləri: TCP/IP protokolları, LAN/Wi-Fi şəbəkələrinin qurulması, Switch və Router-lərin təməl səviyyədə sazlanması;
- Yedəkləmə və Monitorinq: Veeam Backup & Replication, Zabbix, Uptime Kuma, syslog platformaları ilə iş təcrübəsi;
- Avtomatlaşdırma və Skriptlər: PowerShell, Bash, Python vasitəsilə gündəlik sistem inzibatçılığı tapşırıqlarının avtomatlaşdırılması.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün).
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.