Sistem inzibatçısı

  • Истекает 22 октябрь 2026

Vəzifə öhdəlikləri:

  • Server infrastrukturunun idarə edilməsi: Fiziki və virtual serverlərin (Windows Server/Linux) dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;
  • Active Directory və Domen infrastrukturu: AD DS, GPO, DNS, DHCP, WSUS, SCCM, IIS və FSMO rollarının idarə edilməsi, təhlükəsizlik siyasətlərinin (CIS Benchmarks) tətbiqi və auditi;
  • Yedəkləmə və Bərpa (Backup & DR):  Data yedəklənməsi strategiyasını (Veeam) həyata keçirmək, mütəmadi bərpa testləri aparmaq və fəlakətdən bərpa planlarını yeniləmək;
  • Avtomatlaşdırma və Optimizasiya: Gündəlik təkrarlanan sistem inzibatçılığı tapşırıqlarının PowerShell/Bash/Python skriptləri ilə avtomatlaşdırılması;
  • Sənədləşmə və İnventarizasiya: Server infrastruktur sxemlərinin, sistem rollarının və İT resurslarının uçotunun (Jira İTSM) daim aktual saxlanılması. 

Tələblər:

  • İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Sistem mühəndisliyi və ya əlaqədar ixtisaslar üzrə ali təhsil;
  • MCSA / MCSE / Windows Server Hybrid Associate, VMware VCP / Proxmox VE, LPIC-1 və RHCSA üzrə sertifikatların olması üstünlük hesab olunur.
  • Əməliyyat sistemləri: Windows Server 2022/2025 və Linux (Ubuntu, Debian, RedHat/CentOS) dərin bilikləri;
  • İnfrastruktur xidmətləri: Active Directory (AD DS, DNS, DHCP, WSUS, SCCM, IIS, Failover Clustering) və Group Policy (GPO) üzrə dərin biliklər;
  • Şəbəkə bilikləri: TCP/IP protokolları, LAN/Wi-Fi şəbəkələrinin qurulması, Switch və Router-lərin təməl səviyyədə sazlanması;
  • Yedəkləmə və Monitorinq: Veeam Backup & Replication, Zabbix, Uptime Kuma, syslog platformaları ilə iş təcrübəsi;   
  • Avtomatlaşdırma və Skriptlər: PowerShell, Bash, Python vasitəsilə gündəlik sistem inzibatçılığı tapşırıqlarının avtomatlaşdırılması.

 İş şərtləri:

  • İş qrafiki: Tam iş günü (5 gün).
  • İş saatları: 09:00-18:00.
  • İş yeri: Bakı 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily118
  • Weekly388
  • Monthly2102