Vəzifə öhdəlikləri:
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Elektron qaimə fakturaları hazırlamaq və göndərmək.
- Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq.
- Bank və kassa əməliyyatlarını həyata keçirmək.
- Əmək haqqının hesablanması və işçi tabelinin işlənməsi.
- Hesab faktura, üzləşmə aktlarının hazırlanması.
- Debitor və kreditorlarla üzləşmələrin edilməsi, üzləşmə aktlarının qarşılıqlı təsdiqlənməsinin təqibi və nəzarəti;
- Maliyyə uçotu haqqında biliklər
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Minimum 1 – 2 il
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə təhsil arzuolunandır)
- 1C 8.3 proqramı ilə sərbəst işləmə bacarığı
- Vergi Məcəlləsi üzrə müvafiq biliklər
- Excel bilikləri
- Diqqətli, məsuliyyətli və aktiv
İş şəraiti:
- İş yeri: Nərimanov rayonu, Zaur Nudirəliyev, 61
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- Əmək haqqı: 600 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini "Mühasib köməkçisi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.