Əsas vəzifə və funksional öhdəliklər:
- Universitetin insan resursları siyasətinin və strategiyasının hazırlanması və tətbiqinə rəhbərlik;
- Professor-müəllim və inzibati heyətin işə qəbulu, əmək müqavilələrinin idarə olunması;
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə və uçot sistemlərinin təşkili;
- Dövlət orqanlarına hesabatların hazırlanması və təqdimatına nəzarət;
- Şöbə əməkdaşlarının fəaliyyətinin koordinasiyası və inkişafı;
- Məzuniyyət, şəxsi işlər, əmək kitabçaları və digər kadra dair sənədlərin idarə edilməsi;
- Rəhbərliyin göstərişlərini vaxtında və keyfiyyətlə icra etmək;
- Rəqəmsal HR sistemləri və müasir yanaşmalarla işləmək.
Namizədə tələblər:
- Hüquq, idarəetmə, insan resursları və ya əlaqədar sahə üzrə ali təhsil;
- İnsan resursları sahəsində minimum 5 il təcrübə, rəhbər vəzifədə azı 2 il;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər aidiyyəti normativ sənədlər üzrə dərin biliklər;
- Yüksək təşkilatçılıq bacarığı, analitik düşüncə, liderlik, strateji planlaşdırma və ünsiyyət bacarığı;
- Rus və ingilis dillərində yazı və danışıq səviyyəsində bilik;
- MS Office (xüsusilə Word və Excel) üzrə yüksək səviyyədə bilik;
- Sənədlərlə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı.
Əmək haqqı:
- Müsahibə əsasında təcrübə və bacarığa uyğun olaraq razılaşdırılacaq
İş rejimi və iş yeri:
- Tam ştat, Həftəiçi 5 gün (09:00 – 18:00), nahar fasiləsi (13:00 – 14:00)
- İş yeri: Mingəçevir Dövlət Universiteti, Mingəçevir şəhəri
Tələb olunan sənədlər:
- CV
- Diplom və sertifikatların surəti
- Tövsiyə məktubu
Müraciət forması:
CV və motivasiya məktubunuzu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. E-poçtun mövzu hissəsində “İnsan Resursları şöbəsinin müdiri” yazılmalıdır.