M Mingəçevir Dövlət Universiteti
  • 883

Mingəçevir Dövlət Universiteti

Образование

İnsan Resursları şöbəsinin müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnsan Resursları şöbəsinin müdiri

  • Истекает 30 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə və funksional öhdəliklər:

  • Universitetin insan resursları siyasətinin və strategiyasının hazırlanması və tətbiqinə rəhbərlik;
  • Professor-müəllim və inzibati heyətin işə qəbulu, əmək müqavilələrinin idarə olunması;
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə və uçot sistemlərinin təşkili;
  • Dövlət orqanlarına hesabatların hazırlanması və təqdimatına nəzarət;
  • Şöbə əməkdaşlarının fəaliyyətinin koordinasiyası və inkişafı;
  • Məzuniyyət, şəxsi işlər, əmək kitabçaları və digər kadra dair sənədlərin idarə edilməsi;
  • Rəhbərliyin göstərişlərini vaxtında və keyfiyyətlə icra etmək;
  • Rəqəmsal HR sistemləri və müasir yanaşmalarla işləmək.

Namizədə tələblər:

  • Hüquq, idarəetmə, insan resursları və ya əlaqədar sahə üzrə ali təhsil;
  • İnsan resursları sahəsində minimum 5 il təcrübə, rəhbər vəzifədə azı 2 il;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər aidiyyəti normativ sənədlər üzrə dərin biliklər;
  • Yüksək təşkilatçılıq bacarığı, analitik düşüncə, liderlik, strateji planlaşdırma və ünsiyyət bacarığı;
  • Rus və ingilis dillərində yazı və danışıq səviyyəsində bilik;
  • MS Office (xüsusilə Word və Excel) üzrə yüksək səviyyədə bilik;
  • Sənədlərlə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı.

Əmək haqqı:

  • Müsahibə əsasında təcrübə və bacarığa uyğun olaraq razılaşdırılacaq

İş rejimi və iş yeri:

  • Tam ştat, Həftəiçi 5 gün (09:00 – 18:00), nahar fasiləsi (13:00 – 14:00)
  • İş yeri: Mingəçevir Dövlət Universiteti, Mingəçevir şəhəri

 

Tələb olunan sənədlər:

  • CV
  • Diplom və sertifikatların surəti
  • Tövsiyə məktubu 

Müraciət forması:

CV və motivasiya məktubunuzu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. E-poçtun mövzu hissəsində “İnsan Resursları şöbəsinin müdiri” yazılmalıdır.

  • Daily2
  • Weekly588
  • Monthly208