Vəzifə öhdəlikləri
- Şirkətin marketinq strategiyasının hazırlanması;
- Marketinq kampaniyalarının planlaşdırılması və koordinasiyasını həyata keçirmək;
- Bazar araşdırmaları aparmaq, rəqib fəaliyyətini təhlil etmək və hesabatlar hazırlamaq;
- Müştəri ehtiyaclarını araşdırmaq və yeni bazar imkanlarını müəyyənləşdirmək;
- Brendin tanıtımı istiqamətində marketinq tədbirlərinin təşkili və icrasını təmin etmək;
- Sərgi, konfrans, təqdimat və digər korporativ tədbirlərin təşkilində iştirak etmək;
- Reklam və çap materiallarının (broşür, kataloq, buklet, banner və s.) hazırlanmasını koordinasiya etmək;
- Tərəfdaşlarla, reklam agentlikləri və təchizatçılarla əməkdaşlıq etmək;
- Marketinq büdcəsinin icrasında iştirak etmək və xərclərə nəzarət etmək;
- Satış şöbəsi ilə koordinasiyalı işləyərək satışın artırılmasına yönəlmiş marketinq fəaliyyətlərini həyata keçirmək;
- Müştəri məmnuniyyəti və brend tanınırlığının artırılması istiqamətində təkliflər hazırlamaq;
- Marketinq fəaliyyətlərinin nəticələrini analiz etmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Tələblər
- Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə;
- Rəqəmsal marketinq alətləri (Meta Ads, Google Ads, YouTube və s.) ilə işləmək bacarığı;
- Bazar araşdırması, rəqib analizi və marketinq analitikası üzrə təcrübə;
- Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması bacarığı;
- Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür);
- MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
- Analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyət və nəticəyönümlü iş yanaşması.
- Reklam kompaniyaları haqqında anlayış;
İş şəraiti
- Əməkhaqqı: Müsahibə əsasında razılaşma yolu ilə;
- İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.