Vəzifə öhdəlikləri:
- Müştərilərin nəzakətlə suallarının cavablandırılması
- Məhsulların vitrin və stok üzrə yoxlanması və mövcud olmayan məhsul haqqında məlumatın verilməsi;
- Satış nöqtəsində promo materialları hazırlamaq
- İstehlakçını malı almağa motivasiya etmək üçün məhsulun üstünlükləri, xüsusiyyətləri və keyfiyyəti barədə ətraflı məlumat vermək
- Şirkətin satış həcminin artırılmasına dəstək olmaq;
- Məhsulun istifadə olunması texnikasını müştəriyə canlı nümayiş etdirmək;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq;
- Satış nöqtəsində məhsulların rəf düzülüşünə, qiymət kağızlarına, palet və stendlərə nəzarət etmək;
- Satış sənədləşməsini həyata keçirmək
- Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını təmin etmək
Tələblər:
- Təhsil dərəcəsi: Orta
- Dil bilikləri: Azərbaycan – Əla; Rus dili üstünlükdür
- Yaş həddi: 18 – 30
- Cinsi: Qadın
- Gülərüz, səliqəli və xoş görünüşlü
- Yüksək təqdim etmə bacarığı
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi
- Əmək haqqı: 500 AZN + satışdan bonus
Qeyd: Müvafiq tələblərə uyğun olan CV-lərinizi mövzu yerinə “Promouter” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.