MİNT Services MMC yeni başlayan layihəsi üçün “Həkim-Terapevt” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Təhkim olunmuş ərazi üzrə pasiyentlərə ambulator tibbi xidmət göstərmək
- Pasiyentlərin ilkin müayinəsini aparmaq, diaqnoz qoymaq və müalicə planı tərtib etmək
- Xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin həyata keçirilməsi
- Sanitar-gigiyenik maarifləndirmə işlərini aparmaq
- Pasiyentlərə sağlam həyat tərzi ilə bağlı tövsiyələr vermək
- Tibbi göstərişlər əsasında pasiyentləri müvafiq ixtisaslı həkimlərə və stasionar müalicəyə yönləndirmək
- Ambulator və gündüz stasionarı şəraitində müalicəni təşkil və icra etmək
- Tibbi sənədləşməni və hesabatlılığı müəyyən olunmuş qaydalara uyğun aparmaq
- Orta tibb personalı ilə koordinasiyalı işləmək
- Öz fəaliyyətini planlaşdırmaq və nəticələrini təhlil etmək
- Müəssisə rəhbərliyinin əmr və tapşırıqlarını vaxtında və peşəkar səviyyədə icra etmək
- Daxili intizam, sanitariya-epidemioloji rejim, yanğın və təhlükəsizlik qaydalarına riayət etmək
Namizədə dair tələblər:
- Tibb ixtisası üzrə ali təhsil
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Sertifikasiya imtahanından keçmiş olmalı
- Terapiya sahəsi üzrə qüvvədə olan sertifikatın olması vacibdir
- Etibarlı kommunikasiya və məsuliyyətlilik
- Tibbi etikaya riayət
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 6 günlük;
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: 1200 AZN.
Qeyd: Layihənin müddəti 4 aydır.
Uyğun namizədlər öz CV-lərini sertifikatları ilə bərabər “Həkim-Terapevt” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.