Mint Services MMC Mint Services MMC
  • 118

Mint Services MMC

Прочее

Həkim-Terapevt

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Həkim-Terapevt

  • Истекает 5 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

MİNT Services MMC yeni başlayan layihəsi üçün “Həkim-Terapevt” vəzifəsinə vakansiya elan edir:

Vəzifə öhdəlikləri:

  • Təhkim olunmuş ərazi üzrə pasiyentlərə ambulator tibbi xidmət göstərmək
  • Pasiyentlərin ilkin müayinəsini aparmaq, diaqnoz qoymaq və müalicə planı tərtib etmək
  • Xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin həyata keçirilməsi
  • Sanitar-gigiyenik maarifləndirmə işlərini aparmaq
  • Pasiyentlərə sağlam həyat tərzi ilə bağlı tövsiyələr vermək
  • Tibbi göstərişlər əsasında pasiyentləri müvafiq ixtisaslı həkimlərə və stasionar müalicəyə yönləndirmək
  • Ambulator və gündüz stasionarı şəraitində müalicəni təşkil və icra etmək
  • Tibbi sənədləşməni və hesabatlılığı müəyyən olunmuş qaydalara uyğun aparmaq
  • Orta tibb personalı ilə koordinasiyalı işləmək
  • Öz fəaliyyətini planlaşdırmaq və nəticələrini təhlil etmək
  • Müəssisə rəhbərliyinin əmr və tapşırıqlarını vaxtında və peşəkar səviyyədə icra etmək
  • Daxili intizam, sanitariya-epidemioloji rejim, yanğın və təhlükəsizlik qaydalarına riayət etmək

Namizədə dair tələblər:

  • Tibb ixtisası üzrə ali təhsil
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Sertifikasiya imtahanından keçmiş olmalı
  • Terapiya sahəsi üzrə qüvvədə olan sertifikatın olması vacibdir
  • Etibarlı kommunikasiya və məsuliyyətlilik
  • Tibbi etikaya riayət 

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük;
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
  • Əmək haqqı: 1200 AZN.

Qeyd: Layihənin müddəti 4 aydır.

Uyğun namizədlər öz CV-lərini sertifikatları ilə bərabər “Həkim-Terapevt” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily96
  • Weekly629
  • Monthly636