Mint Services MMC yeni başlayacaq layihə üçün “Alpinist” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Hündürlükdə təhlükəsizlik qaydalarına əməl edərək şüşələrin təmizlənməsi;
- Təmizlik qrafikinə əsasən, tapşırılan sahələrin təmizliyinin həyata keçirilməsi;
- İş prosesində hava proqnozuna uyğun olaraq təhlükəsizlik qaydalarına əməl edilməsi;
- Hündürlükdəki iş avadanlıqlarına diqqətlə yanaşılması, onların təmiz və işlək vəziyyətdə saxlanılması;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi;
- Şirkətin standartlarına uyğun olaraq keyfiyyətli işin təqdim edilməsi.
Tələblər:
- Cinsi – Kişi;
- Yaş həddi – 25-40 yaş;
- Hündürlükdə işləmə üzrə Level 1 sertifikat vacibdir;
- Minimum 1 il oxşar sahədə (hündürlükdə iş) təcrübə;
- Fiziki cəhətdən sağlam və dözümlü olmaq;
- Təhlükəsizlik texnikasına ciddi yanaşmaq;
- Təhlükəsizlik qaydalarını mükəmməl bilmək;
- İntizamlı və məsuliyyətli olmalı, komanda ilə işləmə bacarığına malik olmalıdır.
Təminatlar:
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: 750 AZN
- İş yeri: Bakı şəhəri; ticarət mərkəzləri üzrə
- İş qrafiki: 6 günlük.
Uyğun namizədlər öz CV-lərini “Alpinist” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.