Mint Services MMC Mint Services MMC

Hündürlük işçisi level 1

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hündürlük işçisi level 1

  • Deadline 7 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mint Services MMC yeni başlayacaq layihə üçün “Alpinist” vəzifəsinə vakansiya elan edir:

Vəzifə öhdəlikləri:

  • Hündürlükdə təhlükəsizlik qaydalarına əməl edərək şüşələrin təmizlənməsi;
  • Təmizlik qrafikinə əsasən, tapşırılan sahələrin təmizliyinin həyata keçirilməsi;
  • İş prosesində hava proqnozuna uyğun olaraq təhlükəsizlik qaydalarına əməl edilməsi;
  • Hündürlükdəki iş avadanlıqlarına diqqətlə yanaşılması, onların təmiz və işlək vəziyyətdə saxlanılması;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi;
  • Şirkətin standartlarına uyğun olaraq keyfiyyətli işin təqdim edilməsi.

Tələblər:

  • Cinsi – Kişi;
  • Yaş həddi – 25-40 yaş;
  • Hündürlükdə işləmə üzrə Level 1 sertifikat vacibdir; 
  • Minimum 1 il oxşar sahədə (hündürlükdə iş) təcrübə;
  • Fiziki cəhətdən sağlam və dözümlü olmaq;
  • Təhlükəsizlik texnikasına ciddi yanaşmaq;
  • Təhlükəsizlik qaydalarını mükəmməl bilmək;
  • İntizamlı və məsuliyyətli olmalı, komanda ilə işləmə bacarığına malik olmalıdır.

​​​​​​​​​​​​​​Təminatlar:

  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
  • Əmək haqqı: 750 AZN
  • İş yeri: Bakı şəhəri; ticarət mərkəzləri üzrə
  • İş qrafiki: 6 günlük.

Uyğun namizədlər öz CV-lərini “Alpinist” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily113
  • Weekly256
  • Monthly737