Mint Services MMC Mint Services MMC
  • 381

Mint Services MMC

Digər

Operation Manager

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Operation Manager

  • Deadline 14 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Yeni restoranların açılışı ilə bağlı konsepsiya mərhələsindən etibarən planlama aparmaq, açılış qrafikini tərtib etmək, bütün əməliyyat, texniki və inzibati proseslərin vaxtında və effektiv icrasını təmin etmək.
  • Tikinti, təmir və texniki xidmətlə bağlı podratçı və subpodratçılarla əlaqələrin qurulması, texniki tapşırıqların verilməsi, işlərin keyfiyyətinə, büdcəyə və icra müddətlərinə nəzarət etmək.
  • Restoranın gündəlik fəaliyyətinin fasiləsiz və səmərəli təşkil olunması, əməliyyat proseslərində yaranan problemlərin operativ həlli və xidmət standartlarının qorunmasının təmin edilməsi.
  • Xərclərin planlanması, nəzarəti və optimallaşdırılması.
  • Satınalma proseslərinin düzgün təşkili, təchizatçılarla əməkdaşlıq, anbar və inventar uçotunun aparılması, itkilərin qarşısının alınması və ehtiyat səviyyələrinin optimal saxlanılması.
  • İşçi heyətinin düzgün formalaşdırılması, vəzifə bölgüsünün aparılması, iş qrafiklərinin hazırlanması, performansın qiymətləndirilməsi və motivasiya sisteminin tətbiqi.
  • Restoran fəaliyyətini tənzimləyən daxili qayda və prosedurların hazırlanması, əməliyyat standartlarının tətbiqi və bütün filiallarda eyni səviyyədə icrasına nəzarət etmək.
  • Satış göstəricilərinin təhlili, xidmət keyfiyyətinin yüksəldilməsi üçün tədbirlərin görülməsi, əməliyyat səmərəliliyinin artırılması və restoranın ümumi rentabelliyinin yüksəldilməsi.
  • Müntəzəm əməliyyat, maliyyə və performans hesabatlarının hazırlanması, əldə olunan nəticələrin təhlili və qərarvermə üçün rəhbərliyə təqdim edilməsi.

Namizədə dair tələblər:

  • Restoran / Operation Manager və ya oxşar rəhbər vəzifədə minimum 3–5 il iş təcrübəsi.
  • Yeni restoran obyektlərinin açılışı, tikinti və ya təmir proseslərində praktiki iş təcrübəsi.
  • Məsuliyyətlilik, stressə davamlılıq və nəticəyönümlü yanaşma.
  • Güclü liderlik, təşkilatçılıq və ünsiyyət bacarıqları.
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.
  • Rus dili sərbəst, İngilis dili üstünlükdür.

Təminatlar:

  • İş yeri: Bakı şəhəri.
  • İş qrafiki: 6 günlük.
  • Nahar şirkət tərəfindən qarşılanır.
  • Korpoativ nömrə və telefon.
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə.
  • Əmək haqqı: 2000 AZN + targetə əsasən bonus.

Uyğun namizədlər öz CV-lərini “Operation Manager” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily79
  • Weekly460
  • Monthly1247